08.02.2012
1 USD 0,8029
1 EUR 1,1575
1 RUR 0,0265
Haqqında
Hörmətli istifadəçilər!
Bizim servis 2008-ci ildən başlayaraq hörmətli alıcılarımızın xidmətindədir.
Servis daşınmaz əmlakın alqı-satqısı, icarəyə götürülməsi və verilməsi , həmçinin zəruri olduqda onların dizayn və təmiri ilə məşğul olur.
Fəaliyyəti dövründə servis özünü bu sahədə etibarlı və inanılan tərəfdaş kimi göstərmişdir.
Əsas məqsədimiz mənzillərin bir ay ərzində alınıb satılmasında alıcılara layiqli xidmət göstərməkdən, onlarla ailələrə mənzillərin əldə edilməsi və ya icarəyə verilməsində yardım göstərməkdən ibarətdir. İlk növbədə biz onlara arzuladıqları mənzillərin əldə edilməsində kömək göstəririk, zövqlərinə uyğun mənzil əldə etdikdən sonra alıcının tələbi və sifarişi əsasında keyfiyyətinə zəmanət verməklə cari və əsaslı təmir apara bilərik.
Mənzilin satışı zamanı bizə müraciət etdikdə, ilk olaraq Sizin məlumatlar servisin ofisindəki məlumat bazasına daxil edilir və həmin ərizəyə təhkim edilmiş servis əməkdaşı üç gün ərzində baxış keçirərək mənziliniz haqqında məlumatları dəqiqləşdirir.
Məlumat bazamızda avtomatik olaraq satış və ya icarə üçün nəzərdə tutulmuş mənzilinizin parametrlərinə uyğun mənzil əldə etmək istəyən müştərinin ərizəsi yerləşir. Mənziliniz müştərinin xoşuna gəldikdən sonra “beh” haqqında müqaviləsi bağlanır. “Alqı-satqı” müqaviləsinin bağlanması üçün zəruri sənədlərin hazırlanması zamanı əməkdaşlarımız sizə hüquqi və maliyyə məsələlərində məsləhətlər verə bilər. Notarial kontorda alqı-satqının tamamlanmasından sonra servisin öhdəlikləri başa çatır. Biz müştərilərimizin (alıcı və satıcıların) adlarının anonim saxlanılmasına tam zəmanət veririk.
Biz Sizin üçün çalışırıq!
www.bakievalsat.com
Hörmətli istifadəçilər, öz elanlarınızı bizim saytda görmək istəyirsinizsə, ev haqqında olan məlumatı şəkillərlə birlikdə bizim e-mail ünvanımıza göndərin: bakievalsat@yahoo.com
Konsultasiya
Hörmətli istifadəçilər, sizi narahat edən suallara cavab eşitmək istəyirsinizsə, xahiş olunur suallarınızı bizə göndərin. Bizim mütəxəssislər böyük məmnuniyyətlə sizin suallarınızı cavablandıracaqlar
Saytımızın yeni dizaynını necə qiymətləndirirsiniz?
Eksklyuziv təkliflər 
- ANA SƏHIFƏ
- HAQQINDA
- İCARƏ ÜÇÜN
- SATIŞ ÜÇÜN
- EKSLYUZIV
- SERVIS
- ƏMƏKDAŞLAR
- ƏLAQƏ










