Bölmə 1. ÜMUMİ HİSSƏ
Maddə 1. Tətbiq sahəsi
Hazırkı Qanun hüquqi və fiziki şəxslərin rieltor fəaliyyətində münasibətlərin tənzimlənməsinə və bu istiqamətdə dövlətin vahid siyasətini həyata keçirməyə yönəlib. Bu Qanun Azərbaycan Respublikasının qanunları və digər normativ sənədləri əsasında məhkəmənin, bələdiyyənin və icra orqanlarının qərarı ilə daşınmaz əmlakın satışını təşkil edən vəzifəli şəxslərə şamil edilmir.
Maddə 2. Rieltor fəaliyyətinin tənzimlənməsi haqqında qanunvericilik
Rieltor fəaliyyəti haqqında qanunvericilik rieltor fəaliyyətini tənzimləməklə Azərbaycan Respublikasının mənzil qanunvericiliyi, Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanundan, Torpaq bazarı haqqında Qanundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mə`naları ifadə edir:
- rieltor fəaliyyəti – peşəkar fəaliyyət olmaqla daşınmaz əmlakla bağlı əməliyyatların həyata keçirilməsində müəyyən muzd müqabilində tərəflərə xidmətin göstərilməsi və ya daşınmaz əmlak bazarında kommersiya fəaliyyətidir;
- rieltor –müəyyən biliklərə, təhsilə malik, daşınmaz əmlak bazarında kommersiya fəliyyəti göstərməsi hüququ üzrə dövlət qeydiyyatından keçmiş fiziki (fərdi sahibkar) və ya hüquqi şəxsdir (rieltor firması);
- agent – müvafiq təhsil almış, attestasiya keçmiş və daşınmaz əmlak bazarında xidməti göstərən rieltor şirkətinin əməkdaşıdır;
- rieltor xidməti istifadəçisi – rieltor xidmətinin göstərilməsi üçün rieltor və ya rieltor firması ilə müqavilə bağlamış fiziki və hüquqi şəxsdir;
- daşınmaz əmlak - torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektdir;
- daşınmaz əmlak bazarı – daşınmaz əmlakların məcmusu olmaqla, mülkiyyətçilərin və torpaq sahələrinin, yaxşılaşdırmaların və mülki hüquqların daşınmaz əmlak bazarı peşəkar iştirakçıları tərəfindən aparılan alqı-satqısı və digər əməliyyatların aparıldığı yerdir;
- rieltorların özünütənzimləyən təşkilatı – qeyri-dövlət təşkilatı olmaqla mövcud qanunvericilik əsasında fəaliyyət göstərən rieltorların könüllü birliyidir.
Maddə 4. Rieltor fəaliyyətinin subyektləri
Fəaliyyətləri bu qanunla tənzimlənən hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) və onların təklif etdikləri xidmətlərinin istehlakçıları (sifarişçilər) rieltor fəaliyyətinin subyektləridir.
Maddə 5. Rieltor fəaliyyətinin obyektləri
Mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər növ daşınmaz əmlak və onunla əməliyyatlar rieltor fəaliyyətinin obyektidir.
Maddə 6. Rieltor fəaliyyətinin istiqamətləri
Rieltor fəaliyyətinə aşağıdakı istiqamətlər aiddir::
- daşınmaz əmlakla ticarət (alıb-satmaq);
Rieltor fəaliyyəti iştirakçılarının hüquq, vəzifə və öhdəliyi
Maddə 7. Rieltor xidməti istehlakçısının hüququ
Rieltor xidməti istehlakçısı aşağıdakı hüquqlara malikdir:
- rieltor firmasını və yaxud rieltoru müstəqil seçməyə;
- rieltor firmasının və ya rieltorun səlahiyyətləri ilə tanış olmaq;
- bazar və əmlak haqqında rieltordan məlumat almaq;
- rieltor xidmətinin göstərilməsində buraxılan pozuntulara görə müvafiq orqan və təşkilatlara müraciət etmək;
- tərəflər arasında bağlanmış müqavilənin icrasına nəzarət etmək.
Maddə 8. Rieltor xidməti istehlakçısının vəzifəsi
Rieltor xidməti istehlakçısı aşağıdakıları etməyə borcludur:
- öz hüquqlarından düzgün istifadə etməli və 3-cü tərəfə və onun əmlakına zərər gətirməkdən çəkinməli;
- tam məlumat əldə etmək üçün rieltora müvafiq sənədləri və tələb olunan məlumatı təqdim etməli;
- bağlanmış müqavilənin şərtlərindən irəli gələn vəzifəni yerinə yetirmək üçün rieltora müvafiq şərait yaratmalı.
- mövcud qanunvericiliyə və hazırkı Qanuna əsasən daşınmaz əmlak bazarında istənilən əməliyyatı həyata keçirmək;
- öz fəaliyyətini reklam etmək;
- əqdə hazırlıq və əməliyyat dövründə bütün tərəflərin maraqlarını müqavilə əsasında təmin etmək;
- dövlət və kommersiya qurumlarından müqavilə və yaxud etibarnamə əsasında əqd üçün tələb olunan sənəd və arayışları almaq.
- daşınmaz əmlak bazarına dair qanun və normativ sənədlər haqqında və müştərini maraqlandıran əmlaka aid qanuna zidd olmayan məlumatları vermək;
- nəzarət orqanlarının və ya rieltor xidmətindən istifadə edənlərin tələbi ilə müvafiq sənədləri təqdim etmək;
- alınmış sənədlərin qorunmasını təmin etməli, aidiyyatı olmayan tərəflərə sənədləri və məlumatı verməmək;
- rieltorların özünütənzimləyən təşkilatın üzvü olmaq.
Müvafiq qeydiyyat sənədləri və peşəkarlığı təsdiq edən sertifikat olmadan rieltor fəaliyyəti ilə məşğul olmaq yolverilməzdir, əks təqdirdə mövcud qanunvericilik çərçivəsində məsuliyyət daşıyır.
Bölmə 3. Rieltor fəaliyyətinin göstərilməsi üçün müqavilə və fəaliyyətin sığortalanması
Maddə 12. Rieltor xidmətinin göstərilməsi
- hüquqi və fiziki şəxslərə rieltor xidməti tərəflər arasında bağlanmış müqaviləyə əsasən göstərilir. Bağlanmış müqavilənin şərtləri və forması Azərbaycan Respublikasının mövcud qanunlarına uyğunlaşdırılır.
- Tərəflər arasında bağlanmış müqavilə rieltora verilmiş səlahiyyət çərçivəsində hərəkət etməyə hüquq verir.
Rieltorun peşə məsuliyyətinin sığortalanması könüllüdür, rieltor xidmətindən istifadə edənlərin hüquqlarının müdafiəsinə yönəlib və Azərbaycan Respublikası mövcud qanunvericiliyinə uyğun aparılır. Sığorta hadisəsi rieltor xidməti nəticəsində istehlakçıya dəymiş zərər başa düşülür.
Bölmə 4. Rieltor fəaliyyətinin tənzimlənməsi üçün Rieltorlar Assosiasiyası
Maddə 14. Rieltorlar Assosiasiyası
Rieltor fəaliyyətinin tənzimlənməsi “Rieltorlar assosiasiyası” İctimai Birliyinin vasitəsilə həyata keçirilir.
“Rieltorlar Assosiasiyası” rieltorların könüllü birləşdiyi təşkilatdır və İctimai Birliyin səlahiyyətinə aşağıdakılar aiddir:
- rieltorların sertifikatlaşdırılması;
- rieltor fəaliyyətinin tənzimlənməsi üçün qayda və standartlarının hazırlanması;
- rieltorların hazırlıq kurslarının və peşə imtahanlarının təşkili;
- rieltorların Reyestrinin aparılması;
- rieltor fəaliyyətinin qanun və standartlara uyğunluğuna nəzarət;
- rieltorlar arasında əlaqələrin qurulması, şikayətlərin baxılması və daxili qaydaların pozulmasına görə cəzaların tətbiqi;
Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. Azərbaycan Respublikasının digər normativ sənədləri hazırkı Qanuna zidd olmadıqda tətbiq edilir.
Hörmətli istifadəçilər, öz elanlarınızı bizim saytda görmək istəyirsinizsə, ev haqqında olan məlumatı şəkillərlə birlikdə bizim e-mail ünvanımıza göndərin: bakievalsat@yahoo.com
Hörmətli istifadəçilər, sizi narahat edən suallara cavab eşitmək istəyirsinizsə, xahiş olunur suallarınızı bizə göndərin. Bizim mütəxəssislər böyük məmnuniyyətlə sizin suallarınızı cavablandıracaqlar










